“Ümid edirik ki, İrəvan KTMT ilə münasibətlərinin perspektivlərinə aydınlıq gətirəcək”.
Azpost.info xəbər verir ki, bunu KTMT Baş katibi İmanqali Tasmaqambetov deyib.
“Bu, KTMT-nin bütün iştirakçıları üçün, ilk növbədə, gələcək birgə fəaliyyətin tam planlaşdırılması üçün faydalı olacaq”, – o bildirib.
Baş katib həmçinin qeyd edib ki, son bir il ərzində erməni tərəfdaşlar təşkilatın tədbirlərində iştirakını əhəmiyyətli dərəcədə azaldıblar: “Bununla belə, qarşılıqlı əlaqənin əsas mexanizmləri işləyir. Ermənistan təşkilatın tamhüquqlu üzvü olaraq qalır. Bu ölkə qarşısında bütün öhdəliklərə tam əməl olunur”.
Azpost.info