“Ermənistan Azərbaycan Ordusu qarşısında böyük məğlubiyyətə uğrayıb”-HULUSİ AKAR

“Sonuna qədər azərbaycanlı qardaşlarımızın yanındayıq və yanlarında olmağa davam edəcəyik”.

 “Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Terror təşkilatları ilə əməkdaşlıq edən Ermənistan cəbhədə qəhrəman Azərbaycan Ordusu qarşısında böyük məğlubiyyətə uğrayan kimi, əvvəlcə “qara piar”a əl atdı. Hər şeyin yalan olduğu çox qısa müddətdə ortaya çıxdı. İndi də barbarlıqla günahsız mülki əhalinin yaşadığı bölgələri hədəf seçirlər. Ermənistan bu şəkildə müharibə cinayəti törədir. Bunu hamı bilməlidir. Eyni zamanda, 30 il müddətində işğala səssiz qalanlar Ermənistanın bu sifətini görməli və işğal edilən torpaqların həqiqi sahiblərinə qaytarılması üçün səy göstərməlidirlər”, – deyə H. Akar vurğulayıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 97 nəfər COVID-19-a yoluxub-

Sonrakı məqalə

“Araik Arutunyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün əlimizdən gələni edəcəyik” –