“Ermənistan bizə yad ölkə deyil, qoy, işləsinlər”- Putin İT mütəxəssislərinin köçündən danışdı

“Ermənistan bizə yad ölkə deyil, hər şey yaxındır. Siz İrəvanda işləyə bilərsiniz, amma Moskvada yaşamağa heç nə mane olmur. Çoxları artıq qayıdıblar, başa düşüblər ki, burada dəhşətli heç nə baş vermir”.

Azpost.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda başqa ölkələrə, o cümlədən Ermənistana işləmək üçün gedən ruslarla bağlı sualı belə cavablandırıb.

Putin rusiyalı iş adamlarının və İT mütəxəssislərinin Avrasiya İqtisadi İttifaqı ölkələrinə köçməsinə normal yanaşdığını deyib.

O əlavə edib ki, Kreml Rusiya biznesinə xeyir gətirən hər şeyi alqışlayır: “Şəraitə görə indi insanların – bunlar əsasən İT mütəxəssisləridir, orada işləməsi daha məqsədəuyğundursa, onlar üçün daha sərfəli və asandırsa, qoy, işləsinlır”.

Azpost.info

 

 

Əvvəlki məqalə

Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə 2 milyon manat ayrıldı

Sonrakı məqalə

Putin Paşinyanla görüşdü –