“Ermənistan Müdafiə Nazirliyi rəsmilərinin fantaziyaları tükənmir” –Müdafiə Nazirliyi

Ermənistan Müdafiə Nazirliyi rəsmilərinin fantaziyaları tükənmir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İşğalçı ordunun uğursuzluqlarından çıxılmaz vəziyyətdə qalan Ermənistan rəsmiləri uydurma və fantastik məlumatlar yaymaqla təsəlli tapırlar: “Görünən odur ki, Ermənistan ordusunun hər gün itirdiyi mövqeləri bu ölkənin müdafiə nazirliyinin nümayəndəsi virtual aləmdə “qəhrəmancasına geri qaytarmaqla” məşğuldur.

Əslində isə onun hər dəfə bu və ya digər mövqeyin “geri qaytarılması” barədə fantastik məlumatlar verməsi Ermənistan ordusunun həmin mövqeləri itirdiyinin təsdiqidir. Qondarma rejimin və Ermənistan rəsmilərinin biri-birindən fərqli və ziddiyyətli məlumatlar yayması isə ermənilərin bu gün nə qədər acınacaqlı durumda olduğunu bir daha sübut edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın 50 siyasi partiyası Fransaya qarşı etiraz bəyanatını imzaladı

Sonrakı məqalə

DSMF güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunan şəxslərə müraciət edib