Ermənistana məxsus PUA vurulub – FOTO

Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.

Müdafiə Nazirliyi xəbər verir ki, bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilmişdir.

Təqdim olunan foto materiallarda zərbə PUA-larının qalıqları əks olunur.

Əvvəlki məqalə

Riçard Almeyda Azərbaycan millisində karyerasını başa vurdu –

Sonrakı məqalə

Ordumuz Ermənistana məxsus komanda-qərargah maşınını məhv edib