Dekabrın 24-ü gecə saatlarında Ermənistanın Gümrü şəhərində yerli polisə qətl hadisəsinin baş verməsi haqqında məlumat daxil olub.
Azatutyun-un yerli polisə istinadla verdiyi məlumata görə, elə həmin gün Şaumyan küçəsindəki evlərinin birinin yanında qətl törətməkdə şübhəli bilinən 20 yaşlı gənc saxlanılb və polis bölməsinə aparılıb.
Polisin məlumatına görə, gənc bölmədə dekabrın 23-ü saat 20:00 radələrində mübahisə zəmnində kirayə mənzildə öz rəfiqəsini boğaraq öldürdüyünü etiraf edib.
Məlumatda qeyd olunur ki, 37 yaşlı qadının cəsədi göstərilən ünvandakı mənzilin qonaq otağında tapılıb və toplanmış matreallar istintaq orqanına verilib.
“Bəzi məlumatlara görə, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının əsgəri qətldə şübhəli bilinir” – məlumatda deyilir.
Bu 102-ci bazadakı Rusiya hərbçilərinin Ermənistanda qətl törətməsi ilə bağlı yayılan ilk məlumat deyil.
Beləki bundan əvvəl də Ermənistanda baş verən bir-neçə qətl hadisəsində Rusiya hərbçilərinin adları hallanıb.
İlk belə hadisə 2015-ci ildə baş verib. Rusiya Gümrüdəki 102 saylı hərbi bazasının əsgəri Valery Permyakov 2015-ci il yanvarın 12-də Avetisyanlar ailəsinin 7 üzvünü avtomat silahla qətlə yetirib.