“Ermənistandan üzvlüyün dayandırılması ilə bağlı müraciət daxil olmayıb”- KTMT katibliyi

KTMT katibliyinə Ermənistan hakimiyyətindən quruma üzvlüyün dayandırılması ilə bağlı heç bir müraciət daxil olmayıb.

Azpost.info xəbər verir ki, bu barədə KTMT katibliyindən məlumat verilib.

Təşkilat hesab edir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT-də iştirakın dondurulması bəyanatında təşkilatın tədbirlərində iştirak etməmək nəzərdə tutulur.

“Bu günə qədər KTMT katibliyinə İrəvandan KTMT-yə üzvlüyün dayandırılması ilə bağlı heç bir bəyanat daxil olmayıb. İştirakın dondurulmasına gəlincə, görünür, söhbət Ermənistanın son vaxtlar təşkilat tərəfindən həyata keçirilən bir sıra tədbirlərdə iştirak etməməsindən gedir”, – KTMT katibliyindən bildiriblər.

Paşinyan “France24” telekanalına müsahibəsində bildirib ki, Ermənistanla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi yerinə yetirilməyib və buna görə də İrəvan KTMT-də iştirakını dondurub. Eyni zamanda o, Ermənistandakı Rusiya hərbi bazasının saxlanılması məsələsinin gündəmdə olmadığına da aydınlıq gətirib.

2023-cü ilin payızında Minskdə KTMT-nin sessiyası keçirilib, Nikol Paşinyan orada iştirak etməyib. “The Wall Street Journal”a müsahibəsində 0, KTMT müttəfiqlərinin və Rusiyanın öhdəliklərini yerinə yetirməsindən narazılığını bildirib. O, sammitdə iştirakdan imtina etdikdən sonra Ermənistanın KTMT-dən çıxmaq barədə qərar qəbul etmədiyini və KTMT tədbirlərində iştirak etməməsinin müxtəlif səbəblərlə bağlı olduğunu deyib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.