Ermənistanın İrəvan Qazılığının bərpasına münasibəti bizi maraqlandırmırŞEYXÜLİSLAM

İrəvan Qazılığının bərpasına Ermənistanın münasibəti bizi maraqlandırmır.

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, İrəvan Qazılığı yaradılmayıb, bərpa edilib:

“Sonrakı dövrlərdə Azərbaycanlılar İrəvandan deportasiya edildiyi üçün İrəvan Qazılığının fəaliyyəti dayandırılmışdı. Biz ümid edirik ki, yenidən öz torpaqlarımıza qayıdacağıq. Bu gün burada Qazılıq fəaliyyətinə davam edirsə, inanırıq ki, tezliklə o torpaqlarda da fəaliyyət göstərəcək”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.