Erməni etiraz hərəkatının lideri baş nazirliyə namizəd ola biləcəyini deyib

“Müxalifət hazırkı hökumət başçısı Nikol Paşinyanın istefasına və ya impiçmentinə nail ola bilsə, Ermənistanın baş nazirliyinə namizəd ola bilərəm”.

Azpost.info xəbər verir ki, bunu “Vətən naminə Tavuş” erməni etiraz hərəkatının lideri arxiyepiskop Baqrat bildirib.

“Xalq istəsə, mən erməni patriarxının xeyir-duasını alaram. Mən bunu istəmirəm, mən ruhani liderəm, bu missiya baş nazir vəzifəsindən bir neçə dəfə yüksəkdir”, – o, İrəvanın mərkəzində yürüş zamanı jurnalistlərə bildirib.

Arxiyepiskop Baqrat Ermənistan və Kanada vətəndaşıdır və ölkə konstitusiyasına görə, yalnız Ermənistan vətəndaşlığı olan şəxs baş nazir ola bilər. Bu faktı şərh edən keşiş qeyd edib ki, xalq konstitusiyanı dəyişə bilər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.