Ermənistan Azərbaycana 8 yeni mina xəritəsi verəcək

Ermənistan yaxın günlərdə Azərbaycana 8 yeni mina xəritəsi təhvil verəcək.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

“Bu sənədlərin nüsxələri beynəlxalq tərəfdaşlara göndəriləcək”-deyə məlumatda qeyd olunur.

Həmçinin qeyd olunur ki, Ermənistan tərəfi 2021-ci ilin 12 iyun, 3 iyul, 19 oktyabr, 1 noyabr və 29 noyabr tarixlərində 972 mina sahəsi formulyarı Azərbaycan nümayəndələrinə təhvil verib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.