Hazırda Ermənistan silahlı qüvvələri tərəfindən Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində mövqelərimizin atəşə tutulması davam edir.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülür:
“Bildiririk ki, Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”- məlumatda deyilir.