Ermənistanda universitet binasında partlayış olub- Ölən və yaralananlar var

Ermənistanda İrəvan Dövlət Universitetinin binasında partlayış olub.

Azpost.info xəbər verir ki, sosial şəbəkələrdə hadisə yerindən yayılan kadrlarda universitet binası yaxınlığında toplaşan tələbələr, eləcə də hadisə yerinə gələn təcili yardım və fövqəladə hallar xidmətinin nümayəndələri görünür.

İlkin məlumata görə, partlayış Kimya fakültəsi olan korpusda baş verib.

Mənbələrin bildirdiyinə görə, yanğın qəfil baş verib və tələbələr dərhal təxliyə edilib.

Hadisə nəticəsində bir nəfər ölüb, daha üç nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.