“Etibar Məmmədovun fəal siyasətə qayıtması AMİP-də və onun rəhbərliyində qeyri-rəsmi müzakirə olunub. Hazırda bu məsələ yenə müzakirədədir”.
Bu sözləri AMİP-in ictimaiyyətlə əlaqələr üzrə katibi Əli Orucov Azpost.info-ya son günlər partiya lideri ətrafında gedən müzakirələri şərh edərkən bildirib.
Ə.Orucovun sözlərinə görə, AMİP-çilər zəngin siyasi təcrübəsi olan və beynəlxalq aləmdə tanınan Etibar Məmmədov kimi bir siyasətçinin aktiv siyasətə qayıtmasını istəyir.
O bildirib ki, AMİP cəmiyyətdə Etibar Məmmədovun fəal siyasətə qayıtması ilə bağlı aparılan müzakirələri diqqətlə izləyir və bunu təbii sayır.