“Etiraz aksiyası dinc xaraketr daşıyır, güc tətbiqi yolverilməzdir” –Gürcüstan Ombudsmanı bəyanat yayıb

Gürcüstanın Ombudsmanı Tiflidə keçiirlən etiraz aksiyası ilə bağlı bəyanat yayıb.

Azpost.info bildirir ki, bəyanatda deyilir ki, etiraz aksiyası dinc xarakter daşıyır.

“Ombudsmanın sözlərinə görə, Gürcüstan Daxili İşlər Nazirliyinin 2024-cü il aprelin 30-da saat 23:36-da edilən  xəbərdarlığı zamanı və hətta indi də aksiya dinc xarakter daşıyır. Onu dayandırmaq və aksiyaya güc tətbiq etmək üçün üçün heç bir əsas yoxdur.”, – Gürcüstanın Xalq Müdafiəçisi bəyanatında bildirib.

Ombudsmanın sözlərinə görə, mitinq iştirakçıları dinc toplantı normalarından kənara çıxarsa, onlara qarşı fərdi, zəruri və proporsional tədbirlər tətbiq edilməlidir.

“Mitinq iştirakçıları dinc toplantının normalarından kənara çıxarsa, onlara fərdi, zəruri və mütənasib tədbirlər görülməlidir. Bunun əksinə olaraq asayiş keşikçiləri toplantı iştirakçılarına, o cümlədən dinc nümayişçilərə qarşı qanuna zəruri və proporsional müdaxilə standartına zidd olan xüsusi vasitələrdən istifadə etməyə başlayıblar.

İctimai müdafiəçi istintaq orqanlarını qeyri-mütənasib güc tətbiqi, o cümlədən media nümayəndələrinə bədən xəsarəti yetirmə faktları ilə bağlı səmərəli araşdırma aparmağa çağırır”, – deyə məlumatda bildirilir.

Əvvəlki məqalə

Gürcüstan prezidenti etiraz aksiyasını dəstəklədi –

Sonrakı məqalə

“Ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi yaşaya biləcəyi gün gələcək” –