Ətraf mühitdə yarım milyard ton plastik yığılıb

Ötən əsrin ortalarından bu yana istehsal olunan yarım milyard ton plastikin böyük hissəsi ətraf mühitdə toplanıb və bununla mübarizə aparmaq üçün tədbirlər görmək lazımdır.

Azpost.info xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının rəsmisi Vladimir Moşkalo deyib.

“50-ci illərin əvvəllərindən bəri dünyada təxminən yarım milyard ton plastik istehsal edilib və təəssüf ki, bəzi qabaqcıl ölkələrin iddiasına baxmayaraq, bunun 90 faizi ətraf mühitdə qalır. Təxminən 10 faizi təkrar emal olunur”, – BMT yetkilsii bildirib.

Onun sözlərinə görə, BMT-nin Ətraf Mühit Proqramının himayəsi altında iştirakçı ölkələr plastik çirklənmə ilə mübarizə üçün konvensiya hazırlayır.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri telefonla danışıb

Sonrakı məqalə

İran, Çin və Rusiya Qərbə çağırış etdi