Evdə hazırlanan konservlərin təhlükəsizliyinə dair təlimlər keçirilib –FOTO

Azad İstehlakçılar İctimayi Birliyi (AİİB) uzun illərdir ki, ölkədə qida zəhərlənmələrinin səbəblərini araşdırır və Azərbaycan istehlakçılarının qidadan zəhərlənmə ststistikasında  ev şəraitində hazırlanan konservləşdirilən meyvə-tərəvəz məhsullarından zəhərlənmə hallarının daha çox olduğunu müşahidə edib.

AİİB- daim iş apararaq istehlakçıları ev şəraitində meyvə-tərəvəz konservləri hazırlamaqdan çəkindirməyə və bu kimi malların bazarlarda satışını məhdudlaşdırmağa çalışsa da, ailələrin uzun illərdir ki, məişətinə daxil olmuş bu “ənənəni” ildən ilə az da olsa azaltmağa nail olsa da yox etməyə nail ola bilməyib. Bir çox hallarda meyvə-tərəvəz konservləri təkcə ailənin tələbatı üçün deyil, eləcə də satış məqsədilə istehsal olunduğu, hətta bu kimi malları satan dükanların da mövcudluğu reallığa çevrilib. Ailə ənənələrinə çevrilmiş bu vəziyyətin məhdudlaşdırılması ilə yanaşı, AİİB, meyvə-tərəvəz konservləşdirilməsinin istehsalının təhlükəsız icra olunmasına kömək etmək məqsədilə qrant proqramlarına layihə vermək qərarına gəlmiş və hazırda Aİ İB Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhlükəsiz qida məhsullarının ev şəraitində hazırlanmaqla bazara çıxışının təşviqi” layihəsinin icrasını uğurla davam edir. Hədəf ərazi olaraq seçilən Ağcabədi rayonunun Hüsülü kəndində 01 və 02 iyul tarixlərdə 11 nəfərdən (o cümlədən 5 nəfər qadın və 6 nəfər kişi) ibarət hədəf qrupa “Təhlükəsiz qida məhsullarının bazara çıxışının asanlaşdırılması-marketinq” (təlimçi Xəlil Süleymanov) və “Təhlükəsiz tərəvəz qida məhsulları istehsalının əsasları” (təlimçi Yaşar İsgəndərov) mövzularında təlim keçirilib. İştirakçılar evdə hazırlanmış konserv məhsullarının qida təhlükəsi riskli olduğunu qeyd edib  və müxtəlif suallarla təlimçilərə müraciət ediblər. Təlimçilər iştirakçıların suallarını ətraflı cavablandırıblar. İştirakçılara mövzulara dair buklet paylanılıb. Çay fasiləsindən sonra hər bir təlimdə müzakirələr davam etdirilib. Təlimlərin hər biri  iştirakçılar tərəfindən qiymətləndirilib. Təlim iştirakçılarına müvafiq olaraq sertfikat təqdim edilib.

İştirakçılar Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Aİ İB-nə təşəkkürlərini bildirməklə yanaşı anoloji təlimlərin daha geniş ərazilərdə davamlı keçirilməsinin zəruri olduğunu vurğulayıblar.

Əvvəlki məqalə

Salyanda Kür çayı sahilində təmizlik aksiyası keçirilib –

Sonrakı məqalə

Şəhidləri yad edən, düşmənə qarşı mübarizəyə çağıran mərasim