İsrail təhlükəsizlik qüvvələri Fələstin Qanunvericilik Şurasının (parlment) sədri Əbdül Əziz əl-Dveyki yenidən saxlayıb.
Azpost.info xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Spiker İordan çayının qərb sahilindəki Hebron şəhərindəki evindən aparılıb. Həbs əl-Dveykin İsrail hakimiyyəti tərəfindən azad edilməsindən bir neçə gün sonra baş verib.
Azpost.info