Fərdi sahibkara maliyyə dəstəyi 250 manatdan az olmayacaq

08 Aprel 2020 - 18:13

İqtisadiyyat Nazirliyi pandemiya nəticəsində zərər çəkmiş sahələrdə çalışan fərdi (mikro) sahibkarlara dövlət maliyyə dəstəyinin təqdim edilməsi mexanizmini açıqlayıb. Pul yardımının minimal həcmi 250 manat məbləğində müəyyənləşdirilib.

Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək.