“F-16-ların ilk hava hücumuna hazırlığı davam edir”Ukrayna xarici işlər naziri

F-16 qırıcılarının Ukraynada ilk hava qələbələri bu il gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba telemarafonda bildirib.

“F-16-ların Ukrayna havasında həyata keçirəcəyi ilk hava hücumuna hazırlıqlar planlaşdırıldığı kimi davam edir. Pilotlar, mühəndislər və infrastruktur hazırlanır”, – deyən nazirin vurğulayıb ki, Ukraynaya F-16-ların verilməsini vəd edən bütün ölkələr öz öhdəliklərini yerinə yetirirlər.

“Proses davam edir, vaxt tələb edir, lakin hər şey plana uyğun gedir. Düşünürəm ki, bu il Ukraynada F-16-nın ilk hava qələbələrini qazanacağıq”, – deyə Kuleba bildirib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.