“Facebook” şirkətinin adında dəyişiklik edilib.
Bu barədə şirkətin rəhbəri Mark Zükerberq onlayn təqdimat zamanı bildirib. Zükerberq deyib ki, rəhbərlik etdiyi şirkət bundan sonra “Meta” adlanacaq.
Ad dəyişikliyinin Facebook sosial şəbəkəsinə aidiyyatı yoxdur.
Bununla da öz tərkibində Facebook, WhatsApp , İnstagram kimi qurumları birləşdirən Meta şirkəti əsasən virtual və artırılmış reallıq məsələlərinə fokuslanacaq.