Faktiki hava açıqlanıb

İyunun 9-u saat 16:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, iyunun 9-u saat 16:30-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Naxçıvan, Göygöl, Şahdağ, Daşkəsən, Naftalan, Yevlaxda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Qərb küləyi arabir Daşkəsəndə 25-30 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31-33, Naxçıvan MR-da 28-31, Aran rayonlarında 27-30, dağlıq rayonlarda isə 15-17 dərəcə isti olub.

Əvvəlki məqalə

İranda prezident seçkilərində 6 namizəd mübarizə aparacaq

Sonrakı məqalə

“Hindustan Times” COP29-un əsas mesajından yazıb