Ötən həftə Los-Ancelesdə “Qızıl qlobus” mükafatının təqdimetmə mərasimi keçirilib.
Azpost.info bildirir ki, tədbirə göz qamaşdıran geyimləri ilə şou-biznesin populyar ulduzları qatılıb. Qonaqlar arasında Marqo Robbi, Salma Hayek, Cessika Çesteyn, Hilari Suonk, Ana de Armas, Haydi Klum gözə çarpıb.
Məraismdə həmçinin müğənni Selena Qomes də iştirak edib.
Müğənni tədbir üçün “Valentino”moda evindən geyim seçib. Fanatları Selenanın geyimini bəyənməyiblər. Onlar müğənnin fiziki görkəmini tənqid ediblər və artıq çəkidən narazı qalıblar.
Selena isə sosial şəbəkədə bu tənqidlərə yumorla cavab verib: “Hazırda mən adi vaxtda olduğundan həcmcə bir qədər böyüyəm. Ona görə ki, tətildə yaxşı dincəlmişəm”.
2014-cü ildə Selena Qomesdə ciddi xəstəlik müəyyən edilib və böyrəkköçürmə əməliyyatı aparılıb. Donor kimi yaxın rəfiqəsi Fransiya Raysa olub. Hazırda Selena mütəmadi olaraq hormonal dərmanlar qəbul edir. Bu isə onun çəkisinə təsir göstərir.
Azpost.info