Faşist düşərgəsində katibə işləmiş 97 yaşlı qadın həbs edilib –10 min nəfərin qətlində ittiham edilir

Almaniyada məhkəmə faşist həbs düşərgəsində katibə işləmiş 97 yaşlı qadını azadlıqdan məhrum edib. 

Azpost.info bildirir ki, bu barədə Der Spiegel qəzeti məlumat yayıb.

Ştutqof həbs düşərgəsində işləmiş İrmqard Furxner  10 min insanın ölümündə iştirakda günahkar elan edilib və iki il şərti həbs cəzası verilib.

Qadın 1943-45-ci illərdə həbs düşərgəsində komendantın katibəsi və stenorafist kimi çalışıb. O vaxt qaıdn 18 yaşında olub. Furxner məhkmədə deyib ki, “baş verənlərə görə, və həmin vaxt həbs düşərgəsində işləməsinə görə təəssüflənir”.

Məhkəmə işində qeyd edilib ki, müttəhim düşərgədə sistemli şəkildə aparılan qətllərdən xəbəri olub və 1945-ci ildə düşərgədə  “ölüm marşı”nın təşkilinə kömək edib.

Furxnerə qarşı istintaq son beş ildə davam edib. Sentyabrın 30-da iş üzrə ilk iclas keçirilməli idi. Amma qadın məhkməyə gəlməyib və istintaqdan yayınmağa cəhd edib. Sonradan o saxlanılıb və təcridxanaya salınıb.

Müttəhimi oktyabrın 19-da keçirilən məhkəmə iclasına qocalar evindən təcili yardım maşını ilə gətirilib.

Qdanskda Ştutqof həbs düşərgəsində SS-çilər ikinci dünya müharibəsində 100 min insanı saxlayıblar. Onların böyük əksəriyyəti yəhudi olub. Tarixçilərin məlumatına görə, düşərgədə 65 min insan həlak olub. Onların əksəriyyəti işgəncə və xəstəlikdən dünyasını dəyişib. 200 nəfəri qaz kamerasında yandırılıb, 30 nəfər başından atəş açılmaqla öldürülüb.

Azpost.info

Əvvəlki məqalə

Bakıda küləyin sürəti 32 m/s-yə çatıb

Sonrakı məqalə

Naxçıvana uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçiriləcək –