FHN Gəncədə yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb

Gəncədə yaşayış binasında baş verən yanğın mənzillərdən birindəki mətbəxdən başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

“Dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə mətbəxin yanar konstruksiyaları 6 m² sahədə və 1 ədəd kondisioner yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub”, – deyə məlumatda qeyd olunub.

Nazirlikdən verilən xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.