“Fitch”:"Bu il Avrozona iqtisadiyyatı 7% azalacaq"

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu il Avrozona iqtisadiyyatının 7% azalacağını proqnozlaşdırır.

APA-Economics”in “Fitch”in “Global Economic Outlook” adlı aprel hesabatına istinadən verdiyi məlumata görə, koronavirus pandemiyası fonunda dünyada ən kəskin iqtisadi azalma bu regionda gözlənilir. Agentlik 2020-ci ilin I rübündə İtaliya, Fransa və İspaniyada ÜDM-in artıq 5% azaldığını qeyd edir. “Fitch”in proqnozuna görə, İtaliya iqtisadiyyatı bu il 8% azalacaq.

Bundan əlavə, agentliyinin gözləntilərinə görə, Böyük Britaniyada ÜDM bu ilin II rübündə 10% (əvvəlki proqnoz 7%), bu il ümumilikdə isə 6% azalacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti mayın 4-dək təxirə salınıb

Sonrakı məqalə

Naxçıvanın su ilə təminatına 1 milyon manat ayrıldı