“Fitch” neftin qiyməti ilə bağlı proqnozlarını endirib- Rəqəmlər

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi neftin qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb.

APA-Economics”in agentliyə istinadən verdiyi məlumata görə, bu il üçün proqnozlaşdırılan qiymət Brent neftinin bir bareli üçün 65 dollardan 63,4 dollara, WTI markalı neftin bir bareli üçün isə 57,5 dollardan 56,83 dollara endirilib.

Agentliyin 2020-2021-ci illərdə neft qiymətləri üzrə proqnozları isə dəyişməyib. 2020-ci ildə Brent və WTI markalı neft üzrə qiymətlərin müvafiq olaraq 62,5 dollar və 57,5 dollar, 2021-ci ildə isə 60 dollar və 55 dollar olacağı proqnozlaşdırılır.

Agentliyin proqnozlarına əsasən, 2022-ci il və daha uzunmüddətli perspektivdə Brent neftinin bir bareli 57,5 dollar, WTI markalı neftin bir bareli isə 55 dollar olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

Sonrakı məqalə

Bahar Muradova: