Fizika üzrə Nobel mükafatçılarının adları açıqlanıb

Fizika üzrə Nobel mükafatçılarının adları açıqlanıb.

Azpost.info bildirir ki, ABŞ-dan olan alim Con Hopfild və onun Britaniya-Kanadalı həmkarı Ceffri Hinton 2024-cü il üzrə Nobel Mükafatının laueratı olublar.

Alimlər maşının öyrənilməsinin əsasını təşkil edən metodların inkişafına görə bu mükafata layiq görülüblər.

““Süni neyron şəbəkələrə əsaslanan maşın öyrənməsi hazırda elm, mühəndislik və gündəlik həyatda inqilab edir”-deyə bəyanatda vurğulanır.

Mükafatın məbləği olan 1 milyon dollar onlar arasında bölünəcək.

91 yaşlı nüfuzlu Con Hopfild 1982-ci ildə assosiativ neyron şəbəkəsinin ixtiraçısıdır.

Böyük Britaniyalı 77 yaşlı Cefri Hinton kompüter alimi və koqnitiv psixoloqdur. Süni neyron şəbəkələri üzərindəki işləri ilə tanınır. Hinton Toronto Universitetinin professorudur. Uzun müddət Google şirkətinin aparıcı mütəxəssisi olub…

Nobel mükafatı dünyada ədəbiyyat və sülh sahəsində nailiyyətlərə görə verilir.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.