Florida qubernatoru Desantis prezidentliyə namizədlikdən geri çəkildi

Florida ştatının qubernatoru, respublikaçı Ron Desantis bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində iştirakdan imtina etdiyini açıqlayıb.

Siyasətçi bu barədə özünün “X” hesabında yayımladığı videomüraciətində bildirib.

“İstədiyim nəticəyə nail olmaq üçün edə biləcəyim bir şey olsaydı, mən bunu edərdim. Qələbəyə aparan aydın yol yoxdur. Bu gün mən seçki kampaniyamı dayandırdığımı elan edirəm”, – deyə o qeyd edib.

Desantis, həmçinin bu vəzifəyə yenidən seçilmək üçün keçmiş ABŞ lideri Donald Trampa dəstəyini ifadə edib. “Donald Trampla fikir ayrılıqlarımız olub. Tramp hazırkı prezident Co Baydendən üstündür, bu, göz qabağındadır. Mən ona dəstəyimi bildirirəm”, – siyasətçi deyib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki yarışından geri çəkilən Florida qubernatoru Ron Desantisdən dəstək almağı böyük şərəf adlandırıb.

Bu barədə Tramp “Fox News”a deyib: “Onun dəstəyinə sahib olmaqdan qürur duyuram. Ron Desantislə işləməyi səbirsizliklə gözləyirəm”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.