Formula 1-ə görə bağlanan küçələrdə hərəkət bərpa edilib –Dövlət Yol Polisi

Bu gün səhər saat 8:00-dan etibarən Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulan küçə və prospektlərdə hərəkət bərpa edilib.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

O deyib ki, ilkin olaraq Neftçilər prospekti, Zərifə Əliyeva və İstiqlaliyyət küçələrində maneələr götürülməkdədir.

“Bu gün və sabah yol ayrıclarında quraşdırılmış bütün maneələr götürüləcək. Maneələrin aradan qaldırılması sürətlə davam etdirilir. Digər avadanlıqlar da mərhələli şəkildə söküləcək. Üç gün ərzində bütün maneələr söküləcək”, – deyə DYP baş inspektor vurğulayıb.

Əvvəlki məqalə

Qaradağda magistral su kəmərində qəza olub, yolu su basıb –

Sonrakı məqalə

Məhkəmə 7 yaşlı uşağın ölümünə səbəb olan məşqçi barədə qərar verdi