“Formula-1”: Əsas yarışla Azərbaycan Qran-prisi yekunlaşacaq

Bu gün “Formula-1” üzrə Azərbaycan Qran-prisinə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, yarışın üçüncü günündə ölkəmizdə altıncı dəfə keçirilən turnirin 8-ci mərhələsinin qalibinin adına aydınlıq gələcək.

Qran-priyədək “Formula-2”də sonuncu yarış təşkil olunacaq. Bundan sonra əsas mübarizəyə hazırlıq başlayacaq. Bunun ardından Azərbaycan himni səslənəcək. Saat 15:00-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.

Azərbaycan Qran-prisi
12 iyun

11:05-12:10. “Formula-2”. Yarış
14:44-14:46. Dövlət Himni mərasimi
15:00-17:00. “FORMULA-1”. Azərbaycan Qran-prisi

Əvvəlki məqalə

Mini futbol üzrə Azərbaycan millisi Avropa çempionu oldu

Sonrakı məqalə

İlham Əliyev Rusiya Günü münasibətilə Vladimir Putini təbrik edib