Montsada keçirilən “Formula 1” üzrə İtaliya Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilotun adına aydınlıq gəlib.
Xəbər verilir ki, “Ferrari” komandasından Karlos Sayns birinci olub.
“Red Bull”dan Maks Ferstappen ikinci, “Mercedes”dən Lüis Hemilton üçüncü yeri tutub.
Qeyd edək ki, İtaliya Qran-prisində əsas yarış sentyabrın 3-də baş tutacaq.