“Formula 1″lə əlaqədar 6 məktəbdə əyani dərslər dayandırılacaq

Bakıda keçiriləcək “Azərbaycan Qran Pri” (“Formula 1”) yarışı ilə əlaqədar 24-29 aprel tarixlərində 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.

Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə gerçəkləşəcək.

Əvvəlki məqalə

2016-cı ilin “Dünya gözəli” Formula 1 üçün Bakıya gəlir –

Sonrakı məqalə

Polşa Rusiya ilə sərhəddə 80 milyonluq hasar çəkir