“Formula-2”: Lider treki yarımçıq tərk edib

“Formula-2” üzrə Azərbaycan Qran-prisində növbəti qəza olub.

Apasport.az saytının məlumatına görə, budəfəki hadisə sona yaxın yaşanıb.

Yarışın lideri Jüri Vips qəza törədib. Ötən il Bakıda birinci yeri tutan “Hiteç Grand Prix”in təmsilçisi idarəetməni itirərək təhlükəsizlik maneəsinə çırpılıb. Qəza nəticəsində Vipsin bolidinin təkəri qopub.

Qeyd edək ki, bundan əvvəl Olli Kalduell (“Kampos”), Amauri Kordell (“Van Amersfoort”), Roy Nissani (“Dams”) və Cem Bölükbaşı (“Çaruz”) qəza törədərək treki erkən tərk edib. Həmçinin Kleman Novalak (“MP Motorsport”) da bolidində yaranan problem səbəbindən yarışı yarımçıq dayandırıb.

Əvvəlki məqalə

İlham Əliyev Rusiya Günü münasibətilə Vladimir Putini təbrik edib

Sonrakı məqalə

Sabaha olan hava proqnozu