“Fotoxronika”: “Aerodrom” kepka qoymuş oğlanlar –Fransız Anrinin 50 il əvvəl çəkdiyi Bakı koloriti (FOTO)

Azərbaycan SSRİ-nin tərkibində olduğu illərdə xaricə çıxışı yox idi. Çox məhdud halda baş tutan xarici səfərlər Moskvanın müvafiq razılığı ilə baş tuturdu.

Amma buna baxmayaraq Avropanın və digər ölkələrin SSRİ-yə gələ bilmiş azsaylı vətəndaşları arasında yollarını Bakıya salanlar da olub. Onların çəkdikləri, şəxsi arxivlərində saxladıqları  şəkillər sonralar foto salonlarında nümayiş edilib.

Azpost.info “Fotoxronika” layihəsində oxucularına belə fotoları da təqdim edəcək.

İlk olaraq bu fotoşəkili seçdik.  Funikulyorun pillələri üstündə oturmuş azərbaycanlı  gənclərin əks olunduğu şəkil müstəqillik illərində sovet dövrününü Bakı koloritini göstərmək üçün nümayiş olunurdu.

1972-ci ildə çəkilmiş fotonun müəllifi əcnəbidir. XX əsrin məşhur fransız fotoqrafı Anri Bresson Azərbaycanda olarkən çəkib.
Anri Bresson qapalı SSRİ-yə gələ bilmiş ilk xarici fotoqrafdır. O bir neçə dəfə SSRİ-yə gəlib. İlk dəfə Stalin öldükdən sonra- 1954-cü ildə Sovet İttifaqında səfərdə olub.
Anri Bresson 1972-ci ildə Bakıya da gəlib. Burada silsilə şəkillər çəkib. Bu şəkil də həmin silsilədəndir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirus vaksinini hazırlayana 200 000 ABŞ dolları veriləcək

Sonrakı məqalə

Prezident “Azərxalça”nın Goranboy filialının fəaliyyəti ilə tanış olub