Fransa Fələstinin müstəqilliyinin tanınması imkanlarını müzakirə edir

Fransa hakimiyyəti Fələstinin müstəqilliyinin tanınması imkanlarını müzakirə edir.

Azpost.info xəbər verir ki, bu barədə “Le Monde” yazıb.

Nəşr qeyd edir ki, hökumət bu məsələdə əhəmiyyətli irəliləyiş əldə edib.

Mənbə qəzetə bildirib ki, Fransa prezidenti Emmanuel Makronun bu qərar üçün uyğun məqamın hələ çatmadığına dair açıqlamalarına baxmayaraq, Fransa rəsmiləri məsələni aktiv şəkildə müzakirə edirlər.

Fransa prezidenti mayın 29-da Fələstin lideri Mahmud Abbasla telefon danışığında onu lazımi islahatları həyata keçirməyə çağırıb. Eyni zamanda, prezident administrasiyası Fələstinin tanınması məsələsində pozitiv dinamika yaratmaq istəyini ifadə edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.