“Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” –Səfir Qross

“Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır”.

Bunu, Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter” hesabında yazıb.

“Düşünürəm ki, indiyə kimi bir şey hamıya çox aydın olmalıdır: Fransa hökuməti öz Parlamentinin müstəqilliyini tanıyır. Lakin Qarabağın müstəqilliyini tanımır”, – deyə səfir bildirib.

Qeyd edək ki, Fransa Senatı, onun ardınca isə Fransa Milli Məclisi “Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının zəruriliyinə dair” qətnamə qəbul edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir