“Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” –Səfir Qross

“Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır”.

Bunu, Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter” hesabında yazıb.

“Düşünürəm ki, indiyə kimi bir şey hamıya çox aydın olmalıdır: Fransa hökuməti öz Parlamentinin müstəqilliyini tanıyır. Lakin Qarabağın müstəqilliyini tanımır”, – deyə səfir bildirib.

Qeyd edək ki, Fransa Senatı, onun ardınca isə Fransa Milli Məclisi “Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının zəruriliyinə dair” qətnamə qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Şəhidlərlə bağlı paylaşım etdi

Sonrakı məqalə

Prezident İlham Əliyev və Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər –