Fransa İngiltərəni məğlub etdi, yarımfinala çıxdı –DÇ-2022

Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Qətərdəki mundialın 21-ci gününün son matçında İngiltərə və Fransa üz-üzə gəlib.

Qarşılaşma 1/4 finalda yeganə Avropa dueli olub.

Tərəflər dörd il əvvəlki mundialda da yarımfinalda oynamışdı.

Futbolun yaradıcıları 56 ildən sonra yenidən qızıl medal qazanmaq arzusunda olsa da “xoruz”lar “üç aslan”lıların bu istəyinin qarşısını alıb.

Qeyd edək ki, yarımfinal oyunları dekabrın 13-14-də keçiriləcək.

DÇ-2022
1/4 final
10 dekabr
23:00. İngiltərə – Fransa – 1:2
Qollar: 
Hari Keyn, 54 (penalti) – Orelyen Çuameni, 17. Olivye Jiru, 78
Qaçırılan penalti: Hari Keyn, 84

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.