Fransa olimpiya idmançıları üçün karton çarpayılar ayırıb

Yaxın günlərdə Fransada keçiriləcək Olimpiya Oyunlarının təşkilatçıları digər ölkələrin idmançılarını karton çarpayıları olan otaqlara yerləşdiriblər.

Azpost.info xəbər verir ki, bu barədə news.ru məlumat yayıb.

Müvafiq kadrlar olimpiyaçıların sosial şəbəkələrdəki səhifələrində dərc olunub.

Təşkilat komitəsinin məlumatına görə, ümumilikdə 16 min ekoloji təmiz çarpayı sifariş edilib ki, onların hamısı Yaponiyanın “Airweave” şirkəti tərəfindən istehsal edilib.

Çarpayılar bir nəfər üçün nəzərdə tutulub. Onlar karton çərçivəlidir. Ehtimal olunur ki, bu cür mebellərin seçilməsi təşkilatçıların ətraf mühitə qayğısı ilə bağlıdır, lakin internet istifadəçiləri hesab edirlər ki, karton çarpayıların alınması Fransaya Olimpiadaya hazırlıq üçün pula qənaət etmək məqsədi güdə bilər.

İdmançıların özləri də təşkilatçıların qərarından təəccübləniblər və Olimpiya kəndində çəkilmiş videoları dərc etməyə başlayıblar.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.