Fransa Ukrayna ilə bağlı BMT-nin iclasını çağırıb

Fransa BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iyunun 7-də iclasının keçirilməsini tələb edib.

“TASS” xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna mövzuları üzrə iclası iyunun 7-də Fransanın tələbi ilə keçiriləcək. Bu barədə “TASS”-a təşkilatdakı mənbə məlumat verib.

Onun sözlərinə görə, əsas diqqət humanitar məsələlərlə bağlı olacaq. “BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin məruzəçi qismində çıxış etməsi planlaşdırılır”- deyə mənbə bildirib.

Əvvəlki məqalə

“Rusiya ordusu Ukraynada cəbhəni yara bilmədi” –

Sonrakı məqalə

Ağcabədidə bacısının qətlində şübhəli bilinən şəxs saxlanılıb