Fransa, yoxsa Mərakeş?

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün növbəti finalçı müəyyənləşəcək.

İkinci yarımfinal oyununda Mərakeş və Fransa milli komandaları üz-üzə gələcəklər.

“Al Beyt” stadionunda oynanılacaq matçı meksikalı FIFA referisi Sezar Ramos idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, dekabrın 13-də keçirilmiş ilk yarımfinal oyununda Argentina millisi Xorvatiyanı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Dekabrın 18-də keçiriləcək final matçında Argentina millisi Fransa-Mərakeş cütünün qalibi ilə üz-üzə gələcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.