Fransada ermənilər Azərbaycanın səfirliyinə basqın edib –Binanın giriş qapısı sındırılıb,polis mane olmayıb (VİDEO)

Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər.

Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.

Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.

“Fransanın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!”, – Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tviter hesabında yazıb.

 

Əvvəlki məqalə

“Məni də xarici agent elan edin!” –

Sonrakı məqalə

Milli Məclisin sədri Pelosinin Ermənistanda verdiyi açıqlamaya dair bəyanat yayıb