Fransanın Rusiyadakı səfirliyinə ölü siçan göndərilib

Fransanın Moskvadakı səfirliyinə içində ölü siçan və hörümçək olan bağlama göndərilib.

Bu barədə Rusiya KİV-ə hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.

Hazırda Rusiya polisi hadisəni araşdırır. Mənbə hadisənin ötən həftə baş verdiyini bildirib. Fransa səfirliyi Rusiya hüquq-mühafizə orqanlarına müraciət edib. Bağlama Notarianni adlı şəxsin adından göndərilib.

Əvvəlki məqalə

Jurnalist İlqar Atabəyli və həmkarı 5 il yarım azadlıqdan məhrum edildi

Sonrakı məqalə

Bu il əhali marketlərdə ərzağa 25 milyard manat xərcləyib –