Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbs cəzasını oktyabrın 21-də çəkməyə başlayacaq.
AzPost RTL radiosuna istinadən bildirir ki, 70 yaşlı fransız siyasətçi cəzasını Parisdəki Sante həbsxanasında çəkəcək.
Sabiq prezident 2007-ci il seçki kampaniyasını maliyyələşdirmək üçün Liviyadan gələn vəsaitdən istifadə etməkdə təqsirli bilinib.
Sentyabrın 25-də məhkəmə Nikola Sarkozini 2007-ci ildəki seçki kampaniyasını Liviyanın maliyyələşdirməsi ilə bağlı 5 il müddətinə azadlıqdan məhrum edib.
Fransanın keçmiş prezidenti apelyasiya şikayəti verəcəyini açıqlayıb.