Fransız Polineziyasının nümayəndə heyəti MEDİA-da olub

İyunun 1-də Maohi Nuinin (Fransız Polineziyasının) nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub.

Agentlikdən bildiriblər ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda müasir çağırışlara uyğun media mühitinin formalaşması haqqında məlumat verib. Bildirib ki, Agentlik media sahəsində fəaliyyətin çağdaş trendlərə uyğunlaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir.

O, “Media haqqında” Azərbaycan Respublikası Qanunu və bu sahəni tənzimləyən digər normativ hüquqi aktlar barədə məlumat verib, eyni zamanda, jurnalistlərin peşə etikası qaydalarının xüsusi əhəmiyyət daşıdığını qeyd edib, Azərbaycanda media sahəsində həyata keçirilən institusional quruculuq işlərindən danışıb.

Fransız Polineziyasından olan nümayəndələr media sahəsinin inkişaf etdirilməsi, media subyektləri və jurnalistlərə dəstək göstərilməsi istiqamətində işin təşkili, həmçinin müstəqil media subyektlərinin yaradılması ilə bağlı ölkəmizdəki təcrübə ilə maraqlandıqlarını bildirib, həmçinin gələcəkdə müvafiq sahədə əməkdaşlığın təşkili və mümkün formaları ilə əlaqədar fikirlərini bölüşüblər.

Görüşdə Polineziyada media sahəsinin inkişafı məqsədilə müxtəlif layihələrin həyata keçirilməsinə dəstəyin göstərilməsi barədə fikir mübadiləsi aparılıb.

 

Əvvəlki məqalə

Baş DYP İdarəsi qeyri-sabit hava ilə bağlı sürücülərə müraciət edib

Sonrakı məqalə

Türkiyə XİN rəhbəri Çinə rəsmi səfərə gedəcək