Fransızlar Bakıda ucuz otel açıblar

Azərbaycanda yeni otel tikilib.

Bu otelin adı “İBİS” Hoteldir. Mart ayından etibarən fəaliyyət göstəriləcəyi bildirilir.

“İBİS” oteli Xətai metro stansiyası yaxınlığında yerləşir. Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbəri Nahid Bağırovun sözlərinə görə, Novruz bayramı üçün yeni otelin açılışı bu ilin mart ayının sonunadək planlaşdırılır.

Beynəlxalıq səyahət saytlarında qeyd olunur ki, Bakıda ilk İbis oteli qonaqları 202 rahat otaqla təmin edəcəkdir.

Bildirək ki, İbis Otelin baş qərargahı Fransada yerləşir, burada 1974-cü ildə Bordo şəhərində ilk otel açılıb. Bu brend 2018-ci ildə göstərilən məlumata görə 70 ölkədə 1174 oteli idarə edir. İbis otelləri iqtisadi otel tipinə aiddir, iki və ya üç ulduzlu olur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda kişi 31 yaşlı qadına 16 bıçaq zərbəsi vurub qaçdı

Sonrakı məqalə

Azərbaycanlı alıcılar Gürcüstanın maşın bazarında 250 min dollar xərcləyiblər –