Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş sədr müavini Fuad Qəhrəmanlı həbs edilib. Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, F. Qəhrəmanlı oktyabrın 31-də Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Xırda xuliqanlıqda təqsirləndirilən AXCP funksioneri Nərimanov rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edilib.