Futbolçu Məsut Özil karyerasını bitirdiyini elan edib

Almaniya millisinin sabiq futbolçusu Məsut Özil karyerasını bitirib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu barədə qərarı “Başakşəhər”in yarımmüdafiəçinin özü verib.

Özil Türkiyə Super Liqasının XX turunun “Kayserispor”la oyunundan (0:1) sonra məşqçilər tərəfindən ciddi tənqid olunub. Bundan narazı qalan 34 yaşlı futbolçu məşqə gəlməyib və komanda yoldaşlarına karyerasını bitirdiyini bildirib.

Qeyd edək ki, Özil bunadək “Fənərbaxça”, “Arsenal”, “Real” və “Şalke”də çıxış edib. O, 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionu olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.