“Füzuli aeroportunun açılışında iştirak edəcəyəm” –

Ərdoğan
21 Oktyabr 2021 - 14:39
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərə bildirib ki, oktyabrın 26-da Azərbaycana səfər edəcək: “Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma inşallah Füzuli Hava Limanının açılışında iştirak edəcəyəm”.
Ərdoğan deyib ki, səfərlə əlaqədər Prezident İlham Əliyevlə müzakirələr aparıb: “Bu mövzuyla bağlı qardaşım İlham Əliyevlə də müzakirə aparmışıq. Səfər çərçivəsində hava limanı, oradakı bir neçə magistral yolun açılışını edəcəyik və kənd təsərrüfatı ilə bağlı görülən bəzi işlərlə tanış olacağıq”. (Report.az)