“Fənərbağça” öz meydanında qalib gəlib

Aprelin 10-da futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.

XXXII tura təsadüf edən prinsipial oyunda “Fənərbağça” öz meydanında “Qalatasaray”la qarşılaşıb.

“Ülkər” stadionunda oynanılan oyun “sarı-lacivərdlilər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 26-cı dəqiqədə Miha Zayts və 68-ci dəqiqədə Serdar Dursun vurublar.

Bu qələbədən sonra xallarını 59-a çatdıran “Fənərbağça” 2-ci pilləyə yüksəlib. “Qalatasaray” isə 41 xalla 14-cü pilləyə geriləyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.